Genişzolaqlı İnternet abunəçilərinin sayı 1 milyardı ötüb

13 Mart 2019 - 16:50 | Maraqlı məlumatlar
Genişzolaqlı İnternet abunəçilərinin sayı 1 milyardı ötüb

“Point Topic” şirkətinin araşdırmasına görə, 2025-ci ilədək dünyada sabit genişzolaqlı İnternet abunəçilərinin sayı 1,2 milyarda yaxınlaşacaq. Hazırda bu göstərici 1 milyarda bərabərdir.

dailycomm.ru saytının məlumatına əsasən, 2018-2028-ci illərdə İndoneziya, Tailand və Meksika kimi inkişaf etməkdə olan ölkələrdə sabit genişzolaqlı İnternet abunəçilərinin sayında yüksək artım sürəti qeydə alınacaq. Proqnoz müəlliflərinin sözlərinə görə, ümumilikdə texnologiyanın nüfuzetmə səviyyəsi 24% yüksələcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.