Qumdan ilk seriyalı akustik sistem 3D-printerdə çap olunub

26 Fevral 2019 - 12:45 | Texnoloji yeniliklər
Qumdan ilk seriyalı akustik sistem 3D-printerdə çap olunub

Çexiyanın “DEEPTIME” texnologiya studiyası 3D-çap metodunun köməyilə qumdan istehsal edilmiş akustik sistemlərin məhdud seriyasını təqdim edib. Qurğu dizaynerlər Martin Hreben və Ondra Çotovinski tərəfindən hazırlanıb.

İstehsalçıların sözlərinə görə, qum estetik və eksperimental əhəmiyyətinə, eləcə də akustik xüsusiyyətlərinə görə seçilib. Çap olunmuş elementlər bərkidicilər və rəngləyici piqmentlərlə emal edilib. Spiralvari ilbiz qabığı formasında hazırlanmış səs gücləndiricilər yüksək texniki göstəricilərə malikdir.

nanonewsnet.ru saytının məlumatına görə, akustik sistemin prototipi ötən il təqdim olunmuşdu. Cari ildə qurğunun məhdud seriyasının satışlarına başlanılacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.