Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun üzvləri bu il 20 oktyabr - 7 noyabr tarixində Pusanda (Koreya) keçiriləcək RRB üzv ölkələrin Rabitə Administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının reqlamentinə dəyişikliklər edirlər.
Belə ki, Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası çərçivəsində dil bərabərliyi hüquqlarının təmin edilməsi məsələsini müzakirə ediblər və konfransın rəsmi saytında məlumatların müxtəlif dillərdə təqdim edilməsi və vaxtında yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Bununla yanaşı, üzv ölkələr Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinin 8 ildə bir dəfə yenidən baxılması qərarına gəliblər. Qeyd edək ki, indiyədək bu prosedur 8-12 ildən bir müddət ərzində həyata keçirilirdi.
Bildirilib ki, 2015-ci ildən etibarən Beynəlxalq Telekommunikasiya İttifaqının yeni və köhnə reqlamentləri paralel şəkildə üzv ölkələr tərəfindən istifadə ediləcək, yəni yeni reqlamentə qoşulmuş ölkələr ona uyğun şəkildə, reqlamentə hələ qoşulmayan ölkələr isə köhnə qayda ilə fəaliyyət göstərəcəklər.