“Microsoft” uşaqlara onlayn-təhlükəsizlik qaydalarını öyrətmək üçün interaktiv oyun təqdim edib

08 Fevral 2019 - 11:03 | Maraqlı məlumatlar
“Microsoft” uşaqlara onlayn-təhlükəsizlik qaydalarını öyrətmək üçün interaktiv oyun təqdim edib

“Microsoft” şirkəti uşaqlara onlayn-təhlükəsizlik qaydalarını öyrətmək üçün oyun yaradıb. Belə bir layihənin hazırlanması ideyası “Microsoft”un ötən il apardığı tədqiqatlar əsasında yaranıb. Tədqiqatın nəticələrinə əsasən, kibercinayətlərin qurbanı əksər hallarda uşaqlar və yeniyetmələr olur. Onlar yaşlı nəslin nümayəndələrinə nisbətən kompüter arxasında daha çox vaxt keçirirlər, müxtəlif saytlara daxil olurlar, film, musiqi və videoçarxlar yükləyirlər, sosial şəbəkələrdə ünsiyyətdə olurlar və naməlum şəxslər tərəfindən göndərənlər linklərə daxil olurlar. “Chatterbox” interaktiv dərsliyinin layihəsi bu məqsədlə meydana gəlib.

belta.by saytının məlumatına görə, istifadəçilər stolüstü oyun prosesində faydalı məsləhətlər əks olunmuş kartların olduğu qaydaları mənimsəyirlər: müxtəlif hesablar üçün ayrı-ayrı parollar yaratmaq, sosial şəbəkələrdə tanımadıqları şəxslərin dostluq təklifini qəbul etməmək, yad linklərə daxil olmamaq, antivirus proqramlarını mütəmadi olaraq yeniləmək və İnternetə təhlükəsiz qoşulmadan istifadə etmək.

İstehsalçılar hesab edirlər ki, interaktiv oyunun köməyi ilə valideynlər və müəllimlər virtual aləmdə təhlükəsizlik prinsiplərini uşaq və yeniyetmələrə aydın izah edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.