Düz ekranlı "Samsung" televizorlarının ilk yarımillikdə ucuzlaşması dünya bazarında Cənubi Koreya nəhənginin payının artmasına səbəb olub
"Strategy Analytics" tədqiqatçılarının qiymətləndirmələrinə görə, 2014-cü ilin yanvar-iyun aylarında "Samsung" öz məhsullarının qiymətlərini ötən illə müqayisədə 13% endirib. Beləliklə, şirkət qurğularının yarımilik istehlakı böyük idman hadisələri olan Soçi Olimpiadası və Braziliyada keçirilən futbol üzrə dünya çempionatının hesabına 16%-ə çatıb.
Ekspertlərin sözlərinə görə, "Samsung" 4K-modellərinin istehsalını genişləndirir və inkişafda olan ölkələrə nisbətən ucuz qurğular təklif edir. Qeyd edək ki, 2013-cü ildə korporasiya 48,3 milyon televizor satmışdır.
DisplaySearch-in araşdırmalarına görə, 2014-cü ilin 2-ci rübündə "Samsung"un qlobal bazarda payı 31,8%-ə çatmışdır. Bu da ötən illə müqayisədə 1,2% çoxdur. Analitiklər qeyd ediblər ki, "Samsung" nəhəng televizor istehsalçıları bazarında 8 ildir ki liderdir.