“Apple” LCD displeylərindən imtina edəcək

01 Fevral 2019 - 10:02 | Maraqlı məlumatlar
“Apple” LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən smartfonlarda LCD-ekranların (maye kristal) tətbiqindən tamamilə imtina etməyi və daha müasir OLED displeylərindən istifadəyə keçməyi planlaşdırır.

iz.ru saytının məlumatına görə, OLED (orqanik işıq diodlarına əsaslanan) texnologiyasına keçid daha elastik dizayna nail olmağa imkan verəcək. Hazırda “iPhone XR” rəqib OLED-qurğularla müqayisədə.ekranın ətrafında daha böyük çərçivəyə malikdir.

Qeyd edək ki, “Apple” şirkətinin 2019-cu ilin payızında “iPhone”un 3 yeni modelini təqdim edəcəyi məlum olub. Onlardan biri 3 arxa kamera, digər ikisi isə iki kamera ilə təchiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.