ABŞ-ın “Apple” şirkəti yeni nəsil iPod Touch pleyerinin, həmçinin “USB Type-C” konnektorlu iPhone smartfonunun hazırlanması üzərində işləyir. Hələ ki, yeniliklərin xüsusiyyəti haqqında geniş məlumat verilmir.
iz.ru saytının məlumatına görə, yeni iPod Touch 3,5 millimetrlik audio konnektor və barmaq izi skaneri “Touch ID” ilə təchiz ediləcək.
Pleyerin keçmiş nəsli 2015-ci ildə təqdim edilmişdi. O, iPhone 6 əsasında hazırlanmış, ekranı isə, iPhone 5/5S-də olduğu kimi, Retina-ekran olmuşdur. Təxmin olunur ki, yeni model böyük ekran ölçüsünə malik olacaq. Yenilənmiş iPod Touch haqqında “Apple”ın yay aylarında baş tutacaq təqdimatında məlumat veriləcək.
USB Type-C konnektorlu iPhone-un yeni nəslinin üç kameraya malik olacağı və iPhone Xl adlandırılacağı gözlənilir.
Qeyd edək ki, bir müddət öncə “Apple”ın smartfona qoşulmaq imkanına malik olan geyim istehsalı ilə məşğul olacağı məlum olmuşdu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.