İlk kommersiya məqsədli kvant kompüteri təqdim edilib

10 Yanvar 2019 - 11:30 | Maraqlı məlumatlar
İlk kommersiya məqsədli kvant kompüteri təqdim edilib

Las-Veqasda keçirilən “CES 2019” sərgisində “IBM” şirkəti ilk kommersiya məqsədli kvant kompüterini təqdim edib. 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir.

ferra.ru saytının məlumatına görə, böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM Q” kənarları 3 metr təşkil edən hava keçirməz kub şəklindədir.

Kompüterin satışa çıxarılma müddəti və qiyməti barədə hələ ki, məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.