Yer kürəsi sisteminin modelləşdirilməsi layihəsi (Earth System Numerical Simulator, ESNS) Çinin Pekin şəhərinin Miyun rayonunda reallaşdırılacaq. Bu sistem Yer kürəsi sisteminin kəmiyyət təsvirini verməyə və modelləşdirilməsini aparmağa imkan verəcək. “Bu isə, atmosfer, hidrosfer, kriosfer və biosferin inkişaf qanunauyğunluqlarının, həmçinin onlar arasında qarşılıqlı təsirin başa düşülməsini dərinləşdirməyə kömək edəcək”, – deyə Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutun direktoru Çju Tszyan bildirib.
belta.by saytının məlumatına görə, layihənin infrastrukturunun yaradılması üzrə işlərə keçən ilin avqust ayında başlanılıb. Çin paytaxtının mərkəzindən şimalda yerləşən Miyun ərazisində ekologiya, ətraf mühit, iqlim dəyişikliyi və resursların mənimsənməsinin tədqiqi üçün meydançalar yaradılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.