2019-cu ilin ortalarında Moskva yollarında quraşdırılacaq kameralı yeni işıqforlar avtomobil axınını qiymətləndirəcək və müvafiq iş alqoritmi hazırlayacaqlar.
“Şvab” şirkətinin baş direktorunun birinci müavini Sergey Popov bildirib ki, yeni dizayna və təkmilləşdirilmiş funksionallığa malik olan işıqforlar sürücülərə daha az tıxaclı marşrutlar təklif edəcəklər.
www.popmech.ru saytının məlumatına görə, “ağıllı” işıqforlar əsasında yol hərəkəti qaydalarının düzgün qurulması hesabına paytaxt küçələrində tıxacların azaldılmasına imkan verən sistemin yaradılması planlaşdırılır.
İşıqforların kamerasına quraşdırılmış xüsusi alqoritm avtomobillərin sayını hesablayacaq və konkret istiqamətdə axının sıxlığını müəyyən edəcək. Bu informasiya trafikə operativ reaksiya verilməsi və işıqforların işinin yenidən tənzimlənməsi üçün Yol Hərəkətinin Təşkili Mərkəzində hərəkətə nəzarət sistemlərinə ötürüləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.