“Open AI Scholar” proqramının məzunu Holi Qrim təsvirlərin görünüşünü dəyişdirmək imkanına malik olan neyron şəbəkəsi modelini təqdim edib. Bu modifikasiya sayəsində mənbədən yeni şəkillər yaranır.
robo-hunter.com saytının məlumatına görə, H.Qrim bu layihəni “Art Composition Attributes Network” (ACAN) adlandırıb. Neyron şəbəkə forma, ölçü, rəng, eləcə də tekstura, fon və təkrarları dəyişdirir. H.Qrim bu səkkiz parametri 500 şəkil üzərində seçim edərkən aşkar edib. ACAN bütün çalarların əlaqə və fərqlərini öyrənərək rəngli kartlar üzərində işləyir.
Layihə “Generative adversarial network” (GAN) şəbəkəsi əsasında hazırlanıb. Bu şəbəkə təsvirlərə əlavələr daxil edərək onları vizual oxşarları ilə dəyişdirir. Məsələn, o atı zebraya, almanı portağala çevirə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.