Beyin biopsiyası üçün kameralı “ağıllı” iynə hazırlanıb

21 Dekabr 2018 - 11:28 | Maraqlı məlumatlar
Beyin biopsiyası üçün kameralı “ağıllı” iynə hazırlanıb

Avstraliya alimləri beyin biopsiyasını daha təhlükəsiz metodla həyata keçirməyə imkan verən kameralı “ağıllı” iynə hazırlayıblar.

naukatv.ru saytının məlumatına görə, Avstraliyanın Adelaid Universitetinin rəhbərlik etdiyi mütəxəssislər qrupunun hazırladığı yeni alət cərrahiyyə sahəsində inqilab edəcək və həyat üçün təhlükəli yüzlərlə xəstəliyin qarşısını alacaq. Baş-beyin biopsiyası zamanı şiş toxumaları analiz üçün mühafizə olunur.

İnsan saçı qalınlığında iynə cərrahlar tərəfindən qan damarlarının həyat üçün təhlükəli, beyinə qansızmaya səbəb ola biləcək deşilməsi ehtimalını aradan qaldırır. Sonra iynənin daxilində quraşdırılan optik lif kamera infraqırmızı işıq saçır, kompüter sistemi isə qan damarlarının yerləşməsini müəyyənləşdirir ki, bu da cərraha onları dəf etməyə kömək edir.  

Təcrübələr zamanı iynə 11 pasiyentin iştirakı ilə uğurla sınaqdan keçirilib. İynənin beyin damarlarını 98 faiz dəqiqliklə müəyyənləşdirə bildiyi məlum olub. Mütəxəssislər bildirir ki, insan beyninə operativ müdaxilə zamanı bu kimi zonddan ilk dəfə istifadə olunur.

Alimlər növbəti beş il ərzində qurğunun daha geniş yayılacağını güman edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.