Çində süni intellekt texnologiyaları ilə təchiz edilmiş ekskursiya avtobusları istismara verilib

21 Dekabr 2018 - 10:34 | Maraqlı məlumatlar
Çində süni intellekt texnologiyaları ilə təchiz edilmiş ekskursiya avtobusları istismara verilib

Çinin Şanxay meqapolisində süni intellekt texnologiyaları ilə təchiz edilmiş ikimərtəbəli ekskursiya avtobusları sınaqdan keçirilir.

belta.by saytının məlumatında bildirilir ki, Çinin “Baidu” axtarış sistemi və Şanxayın turizm şirkətlərindən biri tərəfindən hazırlanmış yeni avtobuslar şəhər turunu daha rahat etmək üçün nəzərdə tutulub.

Turistlər sifətin tanınması prosedurunu keçdikdən sonra avtobusa əyləşə bilərlər. Avtobusda əlçatan olan simsiz elektron tərcüməçilər vasitəsilə zəruri informasiyanı əldə etmək olar. Onlar rus, ingilis, yapon, Koreya, tay, ispan, alman və ərəb dillərini dəstəkləyir.

Qeyd edək ki, cari ilin noyabrında “Baidu” və Şanxay bələdiyyəsi Şanxayın “ağıllı” şəhərə çevrilməsini nəzərdə tutan strateji əməkdaşlıq üzrə çərçivə sazişi imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.