Ölkəmizdə elektron ticarət dövriyyəsinin həcmi artıb

08 Avqust 2014 - 16:00 | Konfranslar, İclaslar
Ölkəmizdə elektron ticarət dövriyyəsinin həcmi artıb

Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin yanvar-iyul ayları üzrə ölkənin elektron ticarət göstəricilərini açıqlayıb. 

Məlumata görə, bu ilin 7 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil edib. 

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,3 faizini qeyri-ərzaq malları təşkil edib.