Smartfonlar 1 həftə enerji ilə doldurulmadan işləyəcək

10 Dekabr 2018 - 15:09 | Maraqlı məlumatlar
Smartfonlar 1 həftə enerji ilə doldurulmadan işləyəcək

Alimlər 2015-ci il kimya üzrə Nobel mükafatı laureatı Robert Qrabsın rəhbərliyi altında smartfonlar üçün 1 həftə ərzində enerji saxlaya bilən akkumulyator hazırlayıblar.

life.ru saytının məlumatına görə, yeni akkumulyator ftorid materialı əsasında işləyəcək. Hazırda litium-ion batareyalar istehsal edilir. Ftorid materialının mənfi cəhəti ondan ibarətdir ki, özündən enerjini buraxaraq güclü qızır. Alimlər otaq temperaturunda ftorid anionlarının elektronlarla qarışması sayəsində xüsusi həlledici yaradaraq, bu problemi həll ediblər.

Ftoriddən hazırlanmış akkumulyator daha yüksək enerji sıxlığına malikdir. Belə akkumulyator indiki batareyalarla müqayisədə 8 dəfə çox enerji saxlaya bilər.

Qeyd edək ki, yeni qurğunun təkmilləşdirilməsi üzərində işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.