Bitkiləri böyüdən robot təqdim olunub

07 Dekabr 2018 - 12:00 | Texnoloji yeniliklər
Bitkiləri böyüdən robot təqdim olunub

“Elowan” kiborq-bitkilərin yaradılması üçün yeni layihədir. Robot bitkinin həyat fəaliyyətinin yaxşılaşdırılmasını öyrənmək üçün xarici “ağıllı sistemlərə” qoşulur. Həmin siqnallar əsasında bitkini əhatə edən mühit lazımi istiqamətdə dəyişdirilir. 

techcult.ru saytının məlumatına görə, robot-bağban layihəsi ilə dünyada ilk “ağıllı və mobil” gül üçün dibçək hazırlayan “MIT Media Lab” şirkəti məşğul olub.

“Elowan” sensorları bitkinin səthinə daxil edilərək onda baş verən elektrokimyəvi reaksiyalar axınını ölçür. Bu məlumatlar vasitəsilə işığın bitkinin lazımi hissələrinə çatıb-çatmadığı öyrənilir və təhlil edilir. Daha sonra təkərli platforma dibçəyi açaraq onu ultrabənövşəyi şüalara doğru hərəkət etdirir. 

“Elowan” sistemi işığın parlaqlığını ölçmür, hava temperaturuna diqqət yetirmir. O, canlı bitkilərdən əldə etdiyi məlumatlar əsasında qərar qəbul edir. Həmçinin bitkilərin “dilini” anlayır, siqnallar vasitəsilə onların inkişafındakı proses və dəyişikliklərin mahiyyətini açır.

Robotu yarpaqların optimal uzunluğunun ölçülməsi, bitkinin mayeni udmasının sürətinə nəzarət edilməsi parametrlərinə kökləmək olar. Məhz bu parametrlərlə nitrat və GMO tətbiq etmədən etmədən bitkilərin böyüdülməsini təmin etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.