İnstitut əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub

18 Oktyabr 2018 - 14:00 | Mühüm hadisələr
İnstitut əməkdaşının məqaləsi nüfuzlu jurnalda nəşr olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın  “Methods of Organizing the Technological Process of Software Development” (“Proqram təminatının yaradılmasının texnoloji prosesinin təşkili üsulları”) adlı məqaləsi “Review of Information Engineering and Applications” jurnalında nəşr olunub.

Məqalədə proqram təminatının yaradılmasının texnoloji prosesinin təşkili üsulları haqqında məlumat verilmişdir. İnformasiyanın emalı prosesində insanlar, texnologiya və prosesin qarşılıqlı əlaqəsi araşdırılmış, texnoloji proseslərin növləri və proqram təminatının işlənilməsi prosesinin modelləri təhlil edilmişdir. Texnoloji-innovasiya prosesinin mərhələlərində görülən işlərin izahı verilmişdir. Həmçinin proqram təminatının işlənilməsinin texnoloji prosesinin effektiv təşkili üsulları göstərilmiş, texnoloji prosesin çatışmayan cəhətləri araşdırılmışdır. Proqram layihələri üçün mümkün risklər və onların aradan qaldırılması yolları göstərilmişdir.

“The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunan jurnal “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.