AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının veb-saytları (jpit.az və jpis.az) təkmilləşdirilib. Bu barədə məlumatı institutun Elmi şurasının iclasında bu qurumun proqramçısı Sərxan Yolçuyev məlumat verib.
Məruzəçi bildirib ki, hər iki elmi jurnalın veb-saytlarının proqram təminatı təkmilləşdirilmiş, müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Onun sözlərinə görə, 3 dildə fəaliyyət göstərəcək saytlar “Jurnal haqqında”, “Redaksiya heyəti”, “Tələblər”, “Etik qaydalar”, “Arxiv”, “Linklər”, “Əlaqə” və “Qeydiyyat” bölmələrindən ibarətdir. “Arxiv” bölməsində jurnalların bugünədək dərc olunmuş bütün sayları və məqalələr yerləşdirilmişdir. Ana səhifədə isə sonuncu buraxılışda dərc olunmuş məqalələrə və onların Doİ nömrələrinə (rəqəmsal obyekt identifikatoru) baxmaq mükündür.
Sonra S.Yolçuyev məqalələrin onlayn olaraq jurnallara göndərilməsi üçün hazırlanmış sistem haqqında məlumat verərək qeydiyyat, məqalənin yerləşdirilməsi və onun redaktəsi, eləcə də rəyin göndərilməsi qaydalarını izah etdi.
Sonda elmi jurnalların veb-saytlarından istifadə qaydalarına dair müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.