60 il müddətində işləyə bilən “ağıllı” lampa yaradılıb

14 Sentyabr 2018 - 15:46 | Texnoloji yeniliklər
60 il müddətində işləyə bilən “ağıllı” lampa yaradılıb

İngiltərənin məişət elektrik cihazları istehsalçısı təxminən 60 il müddətində işləyəcək xüsusi masaüstü lampanı təqdim edib.

belta.by saytının məlumatında bildirilir ki, “ağıllı” lampa təbii işıq imitasiyasını yaradır. İstehsalçılar qurğuda 6 lampa quraşdırmaqla buna nail ola biliblər. Lampalardan 3-ü soyuq işıq, digərləri isə isti işıq saçır. Lampanın sahibi korpusda yerləşən xüsusi sensorlar sayəsində lazımi və rahat işıqlandırmanı təyin edə bilər.

Şirkət nümayəndələrinin sözlərinə görə, lampa, həmçinin gün işığının intensivliyini izləyə bilir. Bu o deməkdir ki, informasiyanı təhlil edən lampa lazımi rəng və parlaqlığı özü təyin edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.