Yeni robot kənar əşyaları tanımağı öyrənib

11 Sentyabr 2018 - 12:27 | Texnoloji yeniliklər
Yeni robot kənar əşyaları tanımağı öyrənib

Massaçusets Texnologiya İnstitutunun Kompüter elmləri və süni intellekt laboratoriyasının mütəxəssisləri kompüter görməsi üzrə yeni texnologiyanı təqdim ediblər. Cari ilin oktyabrında Sürixdə keçiriləcək robotların təlimi üzrə konfransda yeni texnologiya haqda daha ətraflı məlumat veriləcək.

techcult.ru saytının məlumatına görə, alimlər obyektlər haqda məlumatları robotun yaddaşına yükləmək ideyasından imtina ediblər. Yeni texnologiya sayəsində robot ətrafdakı bütün obyektləri bir-biri ilə qarşılıqlı əlaqəli nöqtələrdən ibarət üçölçülü modellər kimi qəbul edir. Robot özü əşyanı skan edir, onun modelini qurur, məlumatları öz yaddaşına yazır. Robot üçün bu əşyanın nə olması elə də vacib deyil, o, həmin əşyaya baxıb və onu yenidən tapmağa hazırdır.

Ən önəmlisi odur ki, robot obyektin obrazını görmür, onun riyazi modeli üzərində iş aparır: hissələrə bölmək, parametrlərini dəyişdirmək, müxtəlif bucaq altından baxmaq və s. Buna görə də robot sonradan döndərilmiş, qismən gizlədilmiş, rənglənmiş, sındırılmış əşyaları da tanıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.