AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Journal of Petroleum Science and Engineering” (JPSE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
“Thomson Reuters” siyahısına daxil olan bu jurnalda neft və qaz hasilatı, geoloji kəşfiyyat və neft geologiyası elmlərinin bütün sahələrinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.
JPSE jurnalının əsas elmi istiqamətlərinə neftin (təbii qazın) mənşəyi və yığılması, neft (təbii qaz) geokimyası, yataq mühəndisliyi, petrofizika, neft quyusunun karotaj testi və qiymətləndirilməsi, neft-qaz geologiyası, neft-qaz iqtisadiyyatı, qazma və qazma mayeləri, termodinamik və faza davranışı, məsaməli mühitdə maye mexanikası və çoxfazalı axın, yataqların modelləşdirilməsi, istehsal mühəndisliyi, riyazi modelləşdirmə və kəşfiyyat metodları daxildir.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 2.382
5-Year Impact Factor: 2.739
Source Normalized Impact per Paper (SNIP): 1.640
CiteScore: 2.80
SCImago Journal Rank (SJR): 0.782
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.