Smartfon havanın çirklənmə səviyyəsini təyin edəcək

18 İyul 2014 - 10:30 | Texnoloji yeniliklər
Smartfon havanın çirklənmə səviyyəsini təyin edəcək

Almaniyanın Karslrue şəhər Texnoloji İnstitutunun alimləri smartfon üçün xüsusi modul hazırlayıblar ki, onun köməyilə çirkli ekologiyadan əziyyət çəkən şəhər sakinləri havanın çirklənmə səviyyəsini ölçə biləcəklər. Bu haqda newsru.com saytı xəbər verib. 

3D-printerində çap edilən modul smartfonun arxa hissəsində quraşdırılır. Xüsusi proqram birbaşa havadakı toz dənəciklərinin sayından asılı olan işığın yayılma səviyyəsini təyin etməklə əldə edilmiş fotoşəkli analiz edir. Mütəxəssislərin sözlərinə görə, şəkildəki piksellərin parlaqlığı havanın çirklənməsini yetərli qədər dəqiq təyin etməyə imkan verir.