Massaçusets Texnologiya İnstitutunun Kompüter elmləri və süni intellekt laboratoriyasının tədqiqatçıları şəkillərin redaktəsi üçün yeni aləti təqdim ediblər. Fotoredaktor “SSS” süni intellektdən istifadə etməklə, obyektlərin dəqiq sərhədlərini müəyyən edir və fonu dəyişdirə bilir.
robo-hunter.com saytının məlumatına görə, “SSS” semantik seqmentasiya texnikası (təsvirin piksellərə bölünməsi) ilə işləyir. Proqram əsas və fon obyektləri arasındakı fərqi avtomatik tanıyır. Digər fotoredaktorlardan fərqli olaraq, yeni texnologiya insanın iştirakını tələb etmir, neyron şəbəkə özü sərbəst işləyir.
“Hər bir piksel yalnız təsvirdəki konkret bir obyektə aid deyil. Çox vaxt fon piksellərini konkret predmetin piksellərindən fərqləndirmək çətin olur. Lakin “SSS” onların sərhədlərini tapır və istənilən obyektin dəqiq konturlarını müəyyən edir”, – deyə tədqiqat müəlliflərindən biri Yağız Aksoy bildirib.
“SSS” təsvirin redaktəsinə 4 dəqiqə sərf edir. Yeni fotoredaktor hələ ki, video ilə işləmir. Mütəxəssislər texnologiyanın təkmilləşdirilməsi üzərində çalışırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.