AMEA İnformasiya Texnologiyaları İnstitutunda ADNA tələbələri ilə görüş keçirildi

17 İyul 2014 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Neft Akademiyasında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan və hazırda institutda istehsalat təcrübəsi keçən üçüncü kurs tələbələri ilə görüş keçirdi.

Ölkə rəhbərliyi tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğıdan danışan akademik R.Əliquliyev informasiya texnologiyaları sahəsində ali təhsil alan tələbələr üçün institutda yaradılmış imkanlar haqqında məlumat verdi. 

İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığının həyata keçirildiyini, bu sahədə tədqiqat aparan gənclərə ehtiyac olduğunu diqqətə çatdıran alim tələbələri əmək fəaliyyətlərinə AMEA İTİ-də başlamağa tövsiyə etdi.