ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək kiçik robotların istehsalına başlayıb.
hi-news.ru saytının məlumatına əsasən, “SHRIMP” (SHort-Range Independent Microrobotic Platforms) adlandırılmış layihə çərçivəsində hazırlanan robotlar ən kiçik ölçülü mexanizmlər olacaqlar. Həşərat ölçüsündə olan robotlar kifayət qədər sürətlidir, tullana, uça, predmetləri qaldıra və məkanı analiz edə bilirlər.
Bildirilir ki, “SHRIMP” proqramı 3 sahəyə bölünür: ilk 2 istiqamət robot komponentlərinin və qidalanma elementlərinin yaradılması, 3-cü isə bilavasitə robotların istehsalıdır. Hər bir sahəyə 1 istehsalçı komanda cavabdehdir. Proqramın icra müddəti 3 il təşkil edir və bu vaxt 3 mərhələyə ayrılıb. Robotların yaradılması prosesi zamanı daha yaxşı nəticələrə nail olmaq üçün komandalar bir-biri ilə yarışacaqlar. Final mərhələsində komandalar birləşərək bilavasitə son məhsulun istehsalı ilə məşğul olacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.