Bir müddət öncə Aquila pilotsuz aparatlarının istehsalı və sərbəst planlaşdırılmasından imtina etmiş “Facebook” sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin İnternetlə təmin olunması təşəbbüsünü irəli sürüb. Şirkətdən bildiriblər ki, hazırda yeni “Athena” (“Afina”) İnternet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür: “İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin genişzolaqlı İnternet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri İnternetlə təmin edəcək”.
hitech.vesti.ru saytının məlumatına görə, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, İlon Maskın “SpaceX” şirkəti Starlink peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.