ABŞ-ın hərbi qüvvələri pilotsuz təyyarələrə bir-birini məhv etməyi öyrədiblər

25 İyul 2018 - 15:06 | Maraqlı məlumatlar
ABŞ-ın hərbi qüvvələri pilotsuz təyyarələrə bir-birini məhv etməyi öyrədiblər

ABŞ ordusu digər dronları məhv edə bilən “Coyote” müasir pilotsuz təyyarələrini müvəffəqiyyətlə sınaqdan keçirib. Bu dronların cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Pilotsuz təyyarələrin ayrı-ayrılıqda və ya digər pilotsuz təyyarələrin tərkibində hücumlar həyata keçirəcəyi bildirilir. Hərbi mütəxəssislər pilotsuz təyyarələrə digər təyyarələri ələ keçirməyi və kvadrokopterlərin, həmçinin təyyarə tipli aparatların məhv edilməsini öyrədiblər. Dronlar hətta katerlərə hücüm edə biləcəklər. Eyni zamanda radiolokasiya stansiyaları hədəfin təsbit edilməsini təmin edəcək.

dni24.com saytının məlumatına görə, “Coyote” pilotsuz təyyarələrinin sınaqları zamanı istifadə olunan 12 aparatdan yalnız biri mühərrikdə yaranmış nasazlıqlarla əlaqədar olaraq qoyulmuş məsələnin öhdəsindən gələ bilməyib. 

Qeyd edək ki, kiçikölçülü birdəfəlik istifadə üçün nəzərdə tutulmuş pilotsuz aparat olan “Coyote” yarım saat ərzində havada qalmaq imkanına malikdir. Bu dron vasitəsilə uçuş 80 kilometr məsafəyədək həyata keçirilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.