Bank virtual assistentini “işdən azad edib”

11 İyul 2018 - 17:13 | Maraqlı məlumatlar
Bank virtual assistentini “işdən azad edib”

İsveçin onlayn bankı “Nordnet” bütün əməkdaşlarının işinin qiymətləndirilməsindən sonra öz virtual assistenti Ameliyanı işdən azad etməyə qərar verib.

psm7.com saytının məlumatına görə, ötən il “Nordnet” unikal texnologiyanın istehsalçısı “IPsoft” şirkəti ilə saziş bağlamışdı. Süni intellekt əsasında yaradılmış virtual assistentin əsas vəzifəsi müştərilərə bank xidmətlərinə sürətli qoşulmağa kömək etmək idi. Bundan sonra virtual köməkçidən müştərilərə xidmət etməsi üçün istifadə edildi.

Bankın baş direktoru Piter Dalqren Ameliya ilə müqavilənin ləğv edilməsinə qərar verdiklərini və qurumun öz səylərini süni intellektdən istifadə çərçivəsində başqa sahələrdə cəmləməyi planlaşdırdığını  bildirib.

“IPsoft” özünü süni intellektə əsaslanan köməkçilərin hazırlanması üzrə lider kimi tanıda bilib. Ameliya isə “işsiz qalmayıb”. Belə ki, hazırda İsveçrənin “Credit Suisse” və İsveçin “SEB” bankları Ameliyanın xidmətlərindən istifadə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.