Süni intellekt şəkilə əsasən üçölçülü səhnə yaradıb

20 İyun 2018 - 11:03 | Maraqlı məlumatlar
Süni intellekt şəkilə əsasən üçölçülü səhnə yaradıb

Alqoritm bir çox nümunələr üzərində işıq mənbəyinin yerləşdiyi yeri və onun ətrafdakı obyektlərə necə təsir etdiyini öyrənib.

B.Britaniyanın “DeepMind” şirkəti ikiölçülü şəkilə əsasən üçölçülü mühit təqdim etmək imkanına malik neyron şəbəkə hazırlayıb.

naked-science.ru saytının məlumatına görə, sistem “Generative Query Network (GQN)” adlanır. Süni intellektə təhlil etməyi öyrətmək üçün komanda ona ərazinin müxtəlif bucaqlarından bir səhnənin təsvirlərini təqdim edib. Şəbəkə bu şəkilləri obyektlərin necə dəyişdiyini anlamaq və onların müxtəlif rakurslardan necə görünəcəyini proqnozlaşdırmaq üçün istifadə edib. Sistem həmçinin teksturları və işıqlandırmanı nəzərə alıb.

Komanda üzvlərindən Danilo Rezende bildirib ki, alqoritm insanlar kimi öyrənir. Bir neçə dəfə eyni obyekti gördükdə onun xarakteristikalarını təhlil edir, yadda saxlayır və onları təkrar qarşılıqlı təsir zamanı istifadə edir. Onun sözlərinə görə, süni intellekt daxildən çəkilmiş bir neçə şəkli skan edərək bütöv labirinti təkrar canlandırmaq imkanına malikdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.