Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından ibarət olacaq süni intellekt texnologiyalarının hazırlanması mərkəzi istifadəyə veriləcək.
belta.by məlumatında bildirilir ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Britaniyanın cənubunda Porton-Daun şəhərində yerləşən hərbi elmi-texniki laboratoriyanın bazasında yaradılacaq. Yeni qurumun vəzifəsi süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi və inkişafı proseslərini yaxşılaşdırmaq və sürətləndirməkdir. Mərkəzin əsas fəaliyyət sahəsini pilotsuz hərbi texnika, kibermühafizə, qərarların qəbulunda komanda heyətinə yardım sistemləri sahəsində texnologiyalar, eləcə də informasiya müharibəsi ilə mübarizə təşkil edəcək.
Birləşmiş Krallıq artıq ölkənin təhlükəsizliyi üçün potensial təhdidlərlə mübarizə üçün texnoloji innovasiyaların inkişafına təxminən 1 milyard dollar sərf edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.