Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda müdafiə ərəfəsində olan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirildi. İmtahanda 7 nəfər doktorant və dissertant iştirak edirdi.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində minimum imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün öncədən kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır.
Mərkəzdə keçirilən imtahanlar elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur.
Qeyd edək ki, müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün imtahanlar bir qayda olaraq aprel və oktyabr aylarında keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.