İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

25 Aprel 2018 - 15:55 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova “Türk dillərinin kompüter emalı” VI beynəlxalq konfransın (The VIth International Conference on Computer Processing of Turkic Languages “TurkLang 2018”) proqram komitəsinin üzvü seçilib.

18-20 oktyabr 2018-ci il tarixlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək tədbirin əsas istiqamətlərinə türk dilləri üçün formal modellər, kompüter sistemlərinin milli lokallaşdırılması və terminologiya, türk dillərinin elektron korpusları, mətnlərin morfoloji və sintaktik emalı sistemləri, nitqin tanınması və sintezi sistemləri, maşın tərcüməsi sistemləri, türk dillərinin öyrənilməsi üçün intellektual sistemlər və texnologiyalar, türk dilləri üçün linqvistik ontologiyalar və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.