Görkəmli ingilis riyaziyyatçısı və kriptoqraf Alan Metison Türinq 1912-ci il iyunun 23-də Londonda (Böyük Britaniya) anadan olub. İnformatika elminin inkişafına böyük töhfələr vermiş və bu il 102 yaşı tamam olan A.Türinq süni intellekt nəzəriyyəsinin banisi hesab olunur.
Alim kompüter texnikası tarixinə abstrakt hesablama “Türinq maşını”, Türinq testi və s. kəşfləri ilə daxil olub. Onu müasir proqramlaşdırmanın ilk nəzəriyyəçisi və ən nəhayət, dünyada ilk haker hesab edirlər. Yeri gəlmişkən, Türinqin “hakerlik fəaliyyəti”nin sovet qoşunlarının faşizm üzərində qələbəsində böyük rolu olub. Onun Üçüncü Reyxin kriptogöndərişlərinin şifrəsinin açılmasında böyük xidmətləri olub.
İnformatika sahəsi üzrə dünyada ən nüfuzlu mükafat Türinqin şərəfinə adlandırılıb.
A.Türinq 1954-cü il iyunun 7-də 42 yaşında vəfat edib.