"IDC" analitik şirkətinin proqnozlarına əsasən, smartfonlar yaxın 5 il ərzində ağıllı qadcetlərin ən dinamik inkişaf edən növü olacaq.
pitbit.ru saytının məlumatına görə, 2014-cü ildə dünyada 1,8 milyon smartfon satılacaq. Cəmi 4 il sonra - 2018-ci ildə isə bu göstərici 2,4 milyarda çatacaq. Bu səbəbdən bir çox istifadəçilər üçün mobil telefon kompüteri tamamilə əvəz edəcək. İnsanlar tez bir zamanda nəqliyyat cədvəli və hava proqnozları ilə tanış ola biləcək, lazımi məlumatları smartfonlar vasitəsilə əldə edəcəklər.
Smartfonların payının son göstəriciləri 2018-ci ildə bu qurğuların bazarda 74,1% təşkil edəcəyini bir daha təsdiq edir. Müqayisə üçün qeyd edək ki, planşetlər və digər müxtəlif qurğular bazarın 14,1, noutbuklar 6,9, stolüstü kompüterlər isə 4,9%-ni tutacaq. Beləliklə, illərdir çox məşhur olan netbuklar bazardan praktiki olaraq tamamilə gedəcək.
Netbukların bazar payının azalması tendensiyaları artıq 2013-cü ildən aydın hiss olunmağa başlamışdı. Bir sıra istehsalçıların araşdırmalarına görə, hələ ötən il noutbuk və fərdi kompüterlərin satış həcmləri tədricən enməyə başlanışdı.