Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev institutun Elmi şurasında çıxışı zamanı məlumat verib. Bildirib ki, AzScienceCERT xidməti GEANT-ın (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərkibində olan “Trusted Introducer” təşkilatında növbəti akkreditasiyadan keçərək sertifikat əldə edib.
İlk akkreditasiyanın 2012-ci ildən həyata keçirildiyini diqqətə çatdıran B.Nəbiyev AzScienceNet-in “Trusted Introducer”in sertifikatına layiq görülmüş ilk Azərbaycan qurumu olduğunu qeyd edib.
O, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün hazırladığı Qlobal kibertəhlükəsizlik indeksində (Global Cybersecurity İndex) Azərbaycanın beynəlxalq hesabatda ilk 50 ölkənin, regional hesabatda isə ilk 5 ölkənin sırasına daxil olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ölkələr bu indeksdə 5 əsas göstəriciyə – qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlığa görə qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.