AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzində növbəti elmi seminar keçirildi. Mərkəzin əməkdaşı Nərgiz İsmayılova Rusiyanın e-library.ru - РИНЦ elmi istinad bazasında qeydiyyat məsələsinə dair məruzəni təqdim etdi. Bildirdi ki, bu platforma 1999-cu ildə rus tədqiqatçılarının xarici elmi bazalara elektron çıxışını təmin etmək məqsədilə yaradılmışdır.
Məruzəçi e-library.ru bazasının qiymətləndirilməsi barədə məlumat verərək bu prosesin tədqiqatın effektivliyi, nəşrin və tədqiqatçının fəallığının müəyyənləşdirilməsi ilə həyata keçirildiyini vurğuladı.
N.İsmayılova e-library.ru-da qeydiyyat qaydaları haqqında da əməkdaşları məlumatlandırdı. O, РИНЦ platformasında şəxsi məlumatları mütəmadi olaraq izləmək və redaktə etmək üçün qeydiyyatdan keçməyin zəruri olduğunu diqqətə çatdırdı.
Sonda institut əməkdaşlarının РИНЦ bazasında fəaliyyətinə dair müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.