İnsanın düşündüyü vizual obrazları tanıyan skaner hazırlanıb

27 Fevral 2018 - 15:21 | Texnoloji yeniliklər
İnsanın düşündüyü vizual obrazları tanıyan skaner hazırlanıb

Kanadanın Toronto Universitetinin alimləri beyinin konkret obyektlərin zehni emalı ilə bağlı fəallığını yüksək dəqiqliklə tanıyan sistem hazırlayıblar. Texnologiya elektroensefaloqrafiya əsasında işləyən klassik beyin fəallığı skanerinə əsaslanır, çünki onun beyinin fəaliyyətində baş verən dəyişikliklərə reaksiyasının sürəti millisaniyələrlə ölçülür. Bu, məhz real obyektin obrazının yaddaşa yazılması ilə zehni izin formalaşdığı səviyyədir. O, fikir axınının arasında konkret izi ayırd edərək ona şərti şifrə təyin etməyə imkan verir.

techcult.ru saytının məlumatında bildirilir ki, sınaqlar zamanı könüllülərdən bir neçə müxtəlif insan sifətini yadda saxlamaq, sonra assistent bu insanların adlarını sadaladıqda onları xəyalən təsəvvür etmək xahiş edilib. Sistem sifətlərin yadda saxlanması mərhələsində zehni izləri oxuduqdan sonra könüllünün beyninin fəaliyyətini təhlil edib və uyğun gələnləri axtararaq bu haqda xəbər verib. Texniki cəhətdən, istənilən sayda obyektin təsəvvür edilməsi mümkündür.

Tədqiqatçıların sözlərinə görə, fiziki imkanları məhdud insan söz, ifadə və terminlərin obrazlarını öyrənərək şəxsi skaner əldə edərsə, maşın sözün əsl mənasında onun fikirlərini səsləndirəcək. Şahidin sözləri əsasında fotorobotun tərtib edilməsi əvəzinə kompüter cinayətkarın sifətini dindirilən şəxsin yaddaşında minlərlə fraqmentə bölərək tanıya və dərhal onun portretini çəkib qrafik redaktora daşıya biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.