Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizinə həsr olunmuş dissertasiya işi müzakirə olundu

26 Fevral 2018 - 10:35 | Konfranslar, İclaslar

23 fevral 2018-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin aparıcı müəssisə – Azərbaycan Texniki Universitetinin (AZTU) “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasında genişləndirilmiş iclasda təqdimatı keçirildi.

İclasda AzTU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Zəfər Cəfərov, “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev, “Çoxkanallı telekommunikasiya sistemləri” kafedrasının professoru,  texnika üzrə elmlər doktoru, Bayram İbrahimovtexnika üzrə fəlsəfə doktoru, dosent Tükəzban Quliyevatexnika üzrə elmlər doktoru, prof. Şahnaz Şahbazova, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf  Həsənovtexnika üzrə fəlsəfə doktoru, dosent Abdulla Məmmədov, texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərovtexnika üzrə fəlsəfə doktoru, dosent Rauf Mustafayevtexnika üzrə fəlsəfə doktoru, dosent David Nəsibovtexnika üzrə fəlsəfə doktoru, dosent Valeh Bədəlovtexnika üzrə fəlsəfə doktoru, dosent Təranə Qəhrəmanova,  texnika üzrə fəlsəfə doktoru, dosent Gülarə Muradovatexnika üzrə fəlsəfə doktoru, dosent Nərgiz Miriyevatexnika üzrə fəlsəfə doktoru, dosent Həsən Qurbanovtexnika üzrə fəlsəfə doktoru, dosent Arzu Axundovtexnika üzrə fəlsəfə doktoru Kərim  Kərimov və digərləri iştirak edirdilər.

İddiaçı İ.Ələkbərova öncə dissertasiya işinin mahiyyəti və əsas müddəalarını şərh edərək, mövzunun müasir dövrdə böyük aktuallıq kəsb etdiyini diqqətə çatdırdı. Vikipediya kimi nəhəng virtual layihədə real vəziyyətin qiymətləndirilməsi, nəzarəti və vəziyyətilə əlaqədar müvafiq qərarların qəbul edilməsi məqsədilə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsinə həsr olunmuş işin elmi yeniliyi, qoyulan məsələlərin həllində verilən yanaşmaların yüksək elmi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verdi.

Məruzəçi bildirdi ki, dünyada baş verən hadisələr haqqında məlumatlar ilk olaraq Vikipediyada əks olunur və adətən onlar həqiqəti əks etdirmir. Bu halda Vikipediyanın imkanlarından öz məqsədləri üçün istifadə edərək, informasiya müharibəsi texnologiyalarını tətbiq etməklə dövlətlərin informasiya məkanına real təhlükə yaradan gizli qüvvələrin analizinə ehtiyac vardır.

İ.Ələkbərova  təklif olunan metod və alqoritmlər haqqında məlumat verdi. Viki-mühitdə konfliktli viki-səhifələrin, informasiya müharibəsi texnologiyalarını reallaşdıran gizli sosial şəbəkələrin müəyyən olunması, həmçinin, informasiya müharibəsində multimedia resurslarından səmərəli istifadə üçün nəzərdə tutulan metod və alqoritmlərin  əhəmiyyəti və tətbiq sahələrindən danışdı.

Sonra iclasın sədri, “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Z.Ə.Cəfərov rəyi diqqətə çatdırdı. İddiaçı çoxsaylı sualları cavablandırdı.

Sonda İ.Ələkbərovanın “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda hazırladığı  dissertasiya işinin müdafiəyə buraxılması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.