Düşmənin e-poçtunu “spam qəbiristanlığına” çevirmək mümkündür

19 Fevral 2018 - 11:50 | Maraqlı məlumatlar
Düşmənin e-poçtunu “spam qəbiristanlığına” çevirmək mümkündür

“Product Hunt” şirkəti cinayətkarları cəzalandırmaq məqsədilə Revenge Spam adlı yeni sayt təqdim edib. Xidmət bədniyyətlilərin poçt qutusunu çox miqdarda reklam məktubları ilə “zibilləməyə” imkan verir.

lenta.ru saytının məlumatına görə, bunun üçün istifadəçi saytdakı xüsusi qrafaya öz “düşməninin e-poçt ünvanını daxil etməli və Get Revenge düyməsinə basmalıdır. Sonra xidmət həmin şəxsin ünvanını “çirkin fəaliyyətlə məşğul olan” şirkətlərə göndərəcək və bir çox arzuolunmaz e-poçtlara əlavə edəcək. Lakin istehsalçılar xəbərdarlıq edir ki, elektron poçt qutusuna hücum həmin an baş tutmayacaq: “Hücumun dərhal baş verməsini gözləməyin. Çünki biz “Spam” qovluğuna deyil, “İnbox” qovluğuna daxil olmağa çalışırıq”.

Saytda həmçinin bildirilir ki, artıq 70 mindən çox insan bu xidmətdən istifadə edib. Bununla belə, Revenge Spam-ın qara siyahısına düşməyin qarşısını almaq mümkündür: bu xidmət saytda üç dollara satılır.

Qeyd edək ki, 2017-ci ilin yayında fransalı ekspert spamerlərə aid olan nəhəng verilənlər bazası haqqında məlumat dərc etmişdi. Orada şəbəkə istifadəçiləri haqqında məlumatların olduğu 711 milyondan çox poçt ünvanı və 80 milyon qeyd yer almışdı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.