Smartfon və planşetlərin ekranları daha sınmayacaq

11 İyun 2014 - 12:10 | Texnoloji yeniliklər
Smartfon və planşetlərin ekranları daha sınmayacaq

Alimlər yeni texnologiya icad ediblər

Akrona Universitetindən (ABŞ, Oqayo ştatı) olan tədqiqatçılar smartfon və planşetlərin ekranlarının daha davamlı olması üçün yeni texnologiya icad ediblər. Alimlər polimer səthə çəkilmiş şəffaf elektrod layının çevik və davamlılıq səviyyəsini nümayiş etdiriblər. Əgər proqnoz özünü doğruldarsa, mobil telefon və tabletlərin sınmış ekran problemləri artıq keçmişdə qalacaq. 

Layihənin rəhbəri, universitetin əməkdaşı doktor Yu Çju innovasiyanın adi sensor ekranları tamamilə əvəz edəcəyini hesab edir.“Популярная механика” jurnalının məlumatına görə, ekran hətta min dəfə qatlansa da öz forma və funksionallığını qoruya bilir. 

Tədqiqatların nəticələri ABŞ Kimya Cəmiyyətinin “ACS Nano” jurnalında dərc edilib.