AMEA magistrantlarının sessiya imtahanlarına start verildi

08 Yanvar 2018 - 14:04 | Mühüm hadisələr

Bu gün AMEA magistrantlarının sessiya imtahanlarına start verildi. AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda “Kompüter mühəndisliyi” ixtisası üzrə 1, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisası üzrə 2 və “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisası üzrə 1 magistrant iştirak edirdi.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin  20 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, magistrantların 2017/2018-ci tədris ili üzrə qış imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

Növbəti imtahanlar 16, 22, 26 və 30 yanvar tarixlərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.