Sifətin tanınması üzrə ən yaxşı texnologiya

18 Dekabr 2017 - 16:31 | Texnoloji yeniliklər
Sifətin tanınması üzrə ən yaxşı texnologiya

IARPA-nın verdiyi məlumata görə, Rusiyada hazırlanmış sifətin tanınması alqoritmi dünya üzrə ən sürətli alqoritmdir.

ABŞ-ın kəşfiyyat sahəsində qabaqcıl tədqiqatlar Agentliyi ilə Standartlar və Texnologiyalar üzrə Milli İnstitutunun sifətin tanınması alqoritmləri üzrə birgə təşkil etdiyi müsabiqənin qalibi “NtechLab” şirkəti olub.

tvzvezda.ru saytında bildirilir ki, 2015-ci ildə əsası qoyulmuş “NtechLab” şirkətinə məxsus sifətin identifikasiyası üzrə alqoritm FindFace proqramının əsasını təşkil edib. Belə ki, alqoritm “Vkontakte” sosial şəbəkəsində insanları onların fotoları üzrə axtarmağa imkan verir və lazım olan şəxsi 1 milyard insan arasında 0,5 saniyə ərzində tapır.

Qeyd olunur ki, “NtechLab” 3 nominasiyadan 2-nin (“İdendifikasia sürəti” və “Verifikasiyanın dəqiqliyi”) qalibi olub. Hazırda bu şirkət ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin tabeçiliyində fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.