AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “The Ways of Increasing Quality of Human Recognition in Biometric Network Environment” (“Biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üsulları”) adlı məqaləsi ABŞ-ın “International Journal of Intelligent Information Systems” beynəlxalq elmi jurnalında dərc olunub.
Məqalədə biometrik texnologiyalar haqqında məlumat verilmişdir. Biometrik şəbəkə mühitində vahid platforma əsasında verilənlər bazasından istifadənin üstünlükləri göstərilmiş, biometrik şəbəkədə təhlükəsizliyin təmin edilməsi yolları aydınlaşdırılmışdır. Həmçinin biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üsulları analiz edilmiş və yeni model təklif edilmişdir.
Qeyd edək ki, “International Journal of Intelligent Information Systems” jurnalı “Science Publishing Group” beynəlxalq akademik nəşriyyatına daxildir. Jurnal “WorldCat”, “Cross ref”, “Universal İmpact Factor”, “AcademicKeys”, “JournalSeek” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.