Robot Çində həkimlər üçün məcburi olan Milli tibbi lisenziya ekspertizasının testindən müvəffəqiyyətlə keçib.
mignews.com saytının məlumatına əsasən, robot Çinin süni intellektlə məşğul olan aparıcı şirkəti “iFlytek Co Ltd” tərəfindən istehsal edilib. Şirkət nümayəndələri onun 456 bal topladığını, bu göstəricinin tələb edilən minimum baldan 96 bal yuxarı olduğunu bildiriblər.
İstehsalçıların sözlərinə görə, süni intellektlə təchiz edilmiş robot pasiyent haqqında informasiyanı toplayaraq təhlil edə və ilkin diaqnoz qoya bilər. O, gələcəkdə müalicənin effektivliyinin artırılması məqsədilə həkimlərə yardım etmək üçün istifadə olunacaq. Robot həkimləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Onun 2018-ci ilin mart ayında istehsal edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.