İnstitutun əməkdaşı İtaliyanın Bolonya Universitetinə qəbul olub

02 Noyabr 2017 - 11:12 | Mühüm hadisələr
İnstitutun əməkdaşı İtaliyanın Bolonya Universitetinə qəbul olub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Elxan Qasımlı İtaliyanın Bolonya Universitetinin “Telekommunikasiya mühəndisliyi”  ixtisası üzrə magistratura pilləsinə qəbul olub.

Qeyd edək ki, E.Qasımlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya proseslərinin avtomatlaşdırılması” fakültəsinin məzunudur. O, institutun 11 saylı şöbəsində mühəndis vəzifəsində fəaliyyət göstərirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.