Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və institutun böyük elmi işçisi Tamilla Bayramovadır.
İnstitutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın elmi redaktorluğu ilə çap olunan kitabda proqram mühəndisliyinin meydana gəlməsi, inkişaf mərhələləri, problemləri və mürəkkəb proqram sistemləri haqqında məlumat verilmişdir. Mürəkkəb proqram sistemlərinin həyat dövrünün mərhələləri, tətbiq edilən model və metodlar araşdırılmışdır. Miras qalmış sistemlər, onların layihələndirilməsi və yenidən işlənilməsi, proqram təminatının təkamülü, bu sahədə olan dünya təcrübəsi və tətbiq edilən standartlar haqqında məlumatlar verilmişdir.
Kitab informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli mənbədir.