İnstitutun şöbə müdiri beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib

27 Sentyabr 2017 - 11:00 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 11-13 iyul 2018-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək “Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetməVI beynəlxalq konfransının (The 6th International Conference on Control and Optimization with Industrial Applications) təşkilat komitəsinin üzvü seçilib.

İdarəetmə və optimallaşdırma sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya toplayacaq konfransda idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sponsorluğu ilə keçiriləcək.

Daha ətraflı məlumatı www.coia-conf.org saytından əldə etmək mümkündür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.