"İnternet mühitində reklam problemləri və onların həlli yolları" adlı ekspress-informasiya işıq üzü görüb

19 May 2014 - 12:00 | Yeni nəşrlər
"İnternet mühitində reklam problemləri və onların həlli yolları" adlı ekspress-informasiya işıq üzü görüb

Ekspress-informasiyanın növbəti sayı İnternet mühitində reklam problemləri və onların həlli yollarına həsr olunub. Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Kəmalə Haşımova, elmi redaktoru isə institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir

Kitabçada İnternet mühitində reklamın xüsusiyyətləri araşdırılmış, internetdə reklam yerləşdirilməsi üsulları təhlil olunmuş və həmin sahədə beynəlxlaq təcrübə nəzərdən keçirilmişdir. Həmçinin reklam istehlakçıları ilə istehsalçıları arasında münasibətlər tədqiq edilmiş, ölkə iqtisadiyyatının yüksək templə inkişafında reklamla bağlı təkliflər irəli sürülmüşdür.