Wi-Charge – simsiz enerjidoldurma qurğusu

12 Sentyabr 2017 - 15:15 | Texnoloji yeniliklər
Wi-Charge – simsiz enerjidoldurma qurğusu

Məlumdur ki, aktiv istifadə zamanı mobil qurğuları portativ akkumulyatorlar vasitəsilə gün ərzində 2-3 dəfə enerji ilə doldurmaq lazım gəlir. Yeni Wi-Charge adlı texnologiya bütöv bir məkanı böyük simsiz enerjidoldurma qurğusuna çevirə bilir.

Wi-Charge istehsalçıları bu texnologiyanı hazırlayarkən batareyaların müxtəlif həcmə malik olduğundan enerjini də müxtəlif cür toplaması faktını nəzər alıblar. Buna görə texnologiyanın bir neçə variantı mövcuddur: Light texnologiyası bir iş yeri sahəsində mobil telefonların batareyalarının yenidən sürətli yüklənməsinə hesablanmışdır. Kiik adlı ikinci variant müxtəlif daşınan elektronikalar kimi kiçik enerji istehlakına malik qurğuların enerji təminatına yönəldilmişdir. Sonuncu Rayo adlı ən güclü üsul isə  25 kvadrat metrə qədər sahədə mobil qurğuları, hətta planşetləri də enerji ilə doldurmaq imkanına malikdir.  

hi-news.ru saytının məlumatına görə, hazırda Wi-Charge texnologiyası sınaq mərhələsindədir: onun çatışmayan cəhətləri və insan orqanizminə təsirləri öyrənilir. Əgər bu sınaqların nəticəsi müsbət olsa yeni texnologiya ənənvi enerjidoldurma qurğularından istifadəni məhdudlaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.