AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 10-11 noyabr 2017-ci il tarixlərində Makedoniyanın Bitola şəhərində keçiriləcək “The Education at the Crossroads – Conditions, Challenges, Solutions and Perspectives” (Müxtəlif istiqamətlər üzrə təhsil: şərtlər, problemlər, həllər və perspektivlər) beynəlxalq elmi konfransının proqram komitəsinin üzvü seçilib.
Konfrans Makedoniya Elm və İncəsənət Akademiyasının 50 illiyinə həsr olunub. Tədbirin əsas müzakirə mövzularına metodoloji qərarlar və həllər, öyrətmə və öyrənmə strategiyaları, təhsil və tədrisin araşdırılması, təhsil və tədris prosesində İKT, təhsil və tədrisdə mediadan istifadə və s. daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.